Bank Of Baku

Kinorejissor Əjdər İbrahimovun anadan olmasının 90 illiyi münasibətilə tədbirlər keçiriləcək

Kinorejissor Əjdər İbrahimovun anadan olmasının 90 illiyi münasibətilə tədbirlər keçiriləcək
# 23 iyun 2009 15:51 (UTC +04:00)
Bakı. Ülkər Qssıamova-APA. Bu il görkəmli Azərbaycan kinorejissoru, SSRİ xalq artisti Əjdər İbrahimovun anadan olmasının 90 ili tamam olur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, milli kino qarşısında böyük xidmətləri olan sənətkarın yubileyinə həsr olunmuş tədbirlər onun həyat yoldaşı kinoşünas və dramaturq Marqarita Maleyevanın iştirakı ilə keçiriləcək. İyunun 30-da Fəxri Xiyabanda Əjdər İbrahimovun qəbri ziyarət olunacaq, Dövlət Film Fonduna sənətkarın şəxsi arxivindən materiallar hədiyyə ediləcək, iyulun 1-də isə Muzey Mərkəzində xatirə gecəsi təşkil olunacaq.
Xatırladaq ki, Əjdər İbrahimov 1919-cu ildə Aşqabad şəhərində anadan olub. 1940-cı ildə Aşqabad Teatr Məktəbində təhsilini başa çatdırıb. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işlədiyi müddətdə o, “Onun böyük ürəyi”, “Bir məhəlləli iki oğlan” filmlərinə quruluş verib. 1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edən sənətkar orada iki bədii film çəkib. 1962-ci ildən Əjdər İbrahimov “Mosfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Moskvanın kino mühitində böyük nüfuza malik olan Əjdər İbrahimov burada bir neçə film, o cümlədən “Eşqim mənim, kədərim mənim” ilk türk-sovet bədii filmini yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR