Bank Of Baku

Yekaterinburqda Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti nümayiş olunacaq

Yekaterinburqda Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti nümayiş olunacaq
# 24 iyun 2009 13:33 (UTC +04:00)
Yekaterinburq. R. Mətləboğlu-APA. Yekaterinburqda Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti nümayiş olunacaq. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirdiyi mətbuat konfransında məlumat verib. O, müəllifi olduğu baletin iyunun 26,28 və 29-da Yekaterinburq Akademik Opera və Balet Teatrında nümayiş olunacağını qeyd edib: “Hər bir bəstəkar üçün əsərinin Rusiya teatrında nümayiş olunması böyük şərəfdir. “Məhəbbət və ölüm” baleti 1300 il tarixi olan “Kitabi Dədə Qorqud” eposunun motivləri əsasında yazılıb. Bu görkəmli eposu növbəti dəfə oxuyarkən xeyirlə şər, məhəbbət və satqınlıq, həyat və ölüm kimi əbədi mövzuya yenidən müraciət etmək, bu mövzunu musiqidə təcəssüm etdirmək qərarına gəldim. Bu balet ilk dəfə Azərbaycana Opera və Balet Teatrının səhnəsində məşhur baletmeyster Vəkil Usmanov tərəfindən səhnələşdirilib”.

Yekaterinburq Akademik Opera və Balet Teatrının direktoru Andrey Şişkin “Məhəbbət və ölüm” baletinin bu mövsümdə teatrın səhnəsində nümayiş edilən beşinci premyera olduğunu deyib. O, qeyd olunan baletin teatrın repertuarını daha da zənginləşdirdiyini vurğulayıb. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə indiki şərtlər daxilində müasir baletə quruluş vermək nadir hadisədir: “Çünki balet yazmağa qabiliyyəti çatan bəstəkarlar çox azdır. Bunun baş verməsi Rusiya-Azərbaycan münasibətlərinin təcəssüm etdirən çox yaxşı əlamətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR