Bank Of Baku

Amerika Kino Akademiyası “Oskar” mükafatı nominantlarının sayını artırıb

Amerika Kino Akademiyası “Oskar” mükafatı nominantlarının sayını artırıb
# 25 iyun 2009 10:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Amerika Kino Akademiyası ən yaxşı film uğrunda “Oskar” mükafatının nominantlarının sayını artırmağa qərar verib. APA-nın “RİA Novosti”-yə istinadən yaydığı xəbərə görə, bu barədə Kino Akademiyasının bu gün yaydığı press-relizində deyilir. Kinoakademiya nominantların sayını iki dəfə artıraraq 10-a çatdırıb.

Kinoakademiyanın prezidenti Sid Genis deyib ki, 65 ildən sonra akademiya öz köklərinə qayıdır: “Bundan sonra ən yaxşı film uğrunda daha çox nominant mübarizə aparacaq. Son dəfə bu mükafat uğrunda 10 film 1943-cü ildə mübarizə aparıb. O vaxt mükafata “Kasablanka” filmi layiq görülüb”.

Prezidentin sözlərinə görə, müsabiqənin yekunu əvvəlki kimi bir film olacaq. Yalnız finişə gedən yolda 5 yox, 10 film mübarizə aparacaq. Onun fikrincə, filmlərin sayının artırılması sənədli film, xarici dillərdə çəkilmiş film və animasiya filmlərinə qələbə üçün şans yaradacaq.

Press-relizdə o da qeyd olunub ki, “Oskar -2009” mükafatının təqdimat mərasimi 2010-cu il mayın 7-də Los-Ancelesdə “Kodak” Teatrında keçiriləcək. Müxtəlif nominasiyalar üzrə namizədlərin siyahısı münsiflər heyətinə bu il dekabrın 28-dək təqdim olunacaq.

Səsvermə 2010-cu il yanvarın 23-də bitəcək. Fevralın 2-də isə mükafat uğrunda namizədlərin siyahısı açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR