Bank Of Baku

Qubada “Doğma diyar uşaqların gözü ilə” adlı foto-rəsm sərgisi keçirilib

Qubada “Doğma diyar uşaqların gözü ilə” adlı foto-rəsm sərgisi keçirilib
# 25 iyun 2009 12:10 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Azərbaycanda 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar Quba rayonunda “Doğma diyar uşaqların gözü ilə” adlı foto-rəsm sərgisi keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutub. Sərgidə Xızı, Siyəzən, Quba, Xaçmaz və Qusar rayonlarından olan məktəbli istedadlar 150-dək əl işi nümayiş etdirib. Vətənpərvərlik və təbiət mövzusuna həsr olunan ən yaxşı əl işlərinin bu yaxınlarda Bakıda keçiriləcək ümumrespublika sərgisində nümayiş etdirilməsi, eləcə də məktəblilərin “Qarabağ” mövzusunda hazırladığı rəsm əsərlərindən ibarət yeni internet saytının yaradılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR