Bank Of Baku

Montre Caz Festivalında Azərbaycan da təmsil olunacaq

Montre Caz Festivalında Azərbaycan da təmsil olunacaq
# 25 iyun 2009 13:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyulun 3-dən 18-nə kimi 43-cü İsveçrənin Montre Caz Festivalı keçiriləcək. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, beynəlxalq Montre Caz Festivalında Azərbaycan da təmsil olunacaq. Festivalda Azərbaycan caz musiqiçiləri həm festival çərçivəsində təşkil olunacaq konsertlərdə, həm də müsabiqədə iştirak edəcəklər. Bu günlər ərzində Salman Qəmbərov və onun qrupu, Emil İbrahim və onun qrupu, eləcə də Amerikada yaşayan azərbaycanlı caz ifaçısı Əzizə Mustafazadənin konsertləri keçiriləcək. Azərbaycanlı cazmen İsfar Sarabski isə festival çərçivəsində keçiriləcək müsabiqədə Azərbaycanı təmsil edəcək. S. Qəmbərov və E. İbrahimin konsertlərində eyni zamanda master-klassın keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan sözügedən festivalda ikinci dəfədir ki, təmsil olunur. Ötən ilki festivalda Azərbaycanı təmsil edən Şahin Növrəsli müsabiqənin ikinci yerinə layiq görülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR