Bank Of Baku

Los Ancelesdə Azərbaycanın mədəniyyəti və tarixini təbliği məqsədilə sərgi açılacaq

Los Ancelesdə Azərbaycanın mədəniyyəti və tarixini təbliği məqsədilə sərgi açılacaq
# 25 iyun 2009 15:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 27-dən iyulun 25-dək Los Anceles şəhərində amerikalı rəssam Karen Koblitzin “Torpağın ritmləri” adlı solo sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgi Azərbaycanın mədəniyyəti və tarixini təbliği məqsədilə hazırlanıb. Karen Koblitz Azərbaycana dəfələrlə səfərlər edib, Azərbaycanın mədəni irsi ilə yaxından tanış olub. Xüsusən Azərbaycan incəsənəti və mədəniyyətinin simvolikası, maddi mədəni irs nümunələri Koblitzi çox maraqlandırıb. Bunların təsiri altında, o sərgi keçirmək və Azərbaycanın mədəni irsinin ABŞ-da təbliğ etmək qərarına gəlib. Sərgidə K. Koblitzin təşəbbüsü və dəstəyi ilə hazırlanmış Qobustan Qaval daşının modeli nümayiş olunacaq. Sərgi zamanı mərhum Çingiz Mehdiyev tərəfindən Qaval Daşda ifa olunmuş Azərbaycan ritmləri DVD vasitəsilə geniş auditoriyaya nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR