Bank Of Baku

Xalq şairi Zəlimxan Yaqub haqqında sənədli film çəkilir

Xalq şairi Zəlimxan Yaqub haqqında sənədli film çəkilir
# 29 iyun 2009 06:59 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə-APA. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyası Azərbaycan xalq şairi Zəlimxan Yaqubun 60 illiyi münasibəti ilə tammetrajlı sənədli filmin çəkilişinə başlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, studiyanın yaradıcı heyəti artıq iki gündür ki, şairin doğulub, boya-başa çatdığı Kəpənəkçi kəndində filmin ilk hissələrinin çəkilişinə başlayıb.
Filmin ssenari müəllifləri Mövlud Süleymanlı və Aydın Dadaşov, rejissoru Tofiq Məmmədovdur.
Filmin Borçalıda, Dərbənddə, Orta Asiyada, İranda, Özbəkistanda, Türkiyədə, Rusiyada və Azərbaycanın müxtəlif tarixi yerlərində çəkilməsi nəzərdə tutulub.
Zəlimxan Yaqub APA-nın Gürcüstan bürosuna açıqlamasında filmin sentyabrın sonunda Bakıda təqdimatının keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR