Bank Of Baku

Nurlan Növrəsli Gənc İfaçıların Beynəlxalq Musiqi Festivalında iştirak edəcək

Nurlan Növrəsli Gənc İfaçıların Beynəlxalq Musiqi Festivalında iştirak edəcək
# 29 iyun 2009 08:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanlı sənətçi Nurlan Növrəsli Rusiyanın Novorossiysk şəhərində keçiriləcək “Moruzel” Gənc İfaçıların Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. N. Növrəsli APA-ya bildirib ki, martın 1-dən mayın 1-dək müsabiqənin birinci turu keçirilib. N. Növrəsli seçmə mərhələyə üç mahnı göndərərək birinci turdan keçdiyini deyib: “Bu günlərdə ikinci tura keçməyim haqda xəbər aldım. İkinci tur 3-5 iyulda keçiriləcək”.
Gənc sənətçi ikinci tura 15 ölkənin vəsiqə qazandığını söyləyib. Bu ölkələr arasında Azərbaycanla yanaşı, Litva, Latviya, Ukrayna, Qırğızıstan, Rusiya, İsrail, Estoniya və Ermənistan da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR