Bank Of Baku

Azərbaycanlı rəssam Moskvada keçirilən beynəlxalq incəsənət festivalında mükafata layiq görülüb

Azərbaycanlı rəssam Moskvada keçirilən beynəlxalq incəsənət festivalında mükafata layiq görülüb
# 29 iyun 2009 09:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Moskvada keçirilən “Ənənə və müasirlik” adlı III Beynəlxalq İncəsənət Festivalında azərbaycanlı rəssam mükafata layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, nazirliyinin dəstəyi ilə festivalda ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, əməkdar rəssam Fərman Qulamov təmsil edib. Artıq üçüncü dəfə keçirilən festivalda Azərbaycan nümayəndəsi ilk dəfə iştirak edir. Dünyanın 20-dək ölkəsindən və Rusiya Federasiyası 15 subyektindən olan tanınmış rəssamların qatıldığı festivalın ən yüksək nominasiyası olan “Rəngkarlıqda ənənələrin saxlanması” üzrə mükafatlandırılan 4 rəssamdan biri Fərman Qulamov olub. Mükafatların təqdimetmə mərasimi iyunun 24-də Moskva Et Cetera Teatrının binasında keçirilib. Mərasimdə Moskva meriyasının rəhbərliyi, Rusiyanın tanınmış rəssamları və incəsənət xadimləri iştirak edib, Azərbaycan rəssamının əsərləri yüksək qiymətləndirilib.
Qeyd edək ki, Fərman Qulamov Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İlk dəfə 1973-cü ildə sərgidə iştirak edib. 1994-cü ildə F. Qulamov “Humay” mükafatina layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR