Bank Of Baku

Türkiyənin baş naziri azərbaycanlı rəssamın sərgisinin açılışında iştirak edib

Türkiyənin baş naziri azərbaycanlı rəssamın sərgisinin açılışında iştirak edib
# 29 iyun 2009 10:46 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. İstanbulun Topkapı səmtində Polis Təhsil və Konqres Mərkəzinin açılışında azərbaycanlı rəssam Sənan Eynullayevin bal mumundan hazırladığı sərgi nümayiş etdirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Polis Təhsil və Konqres Mərkəzinin açılışında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Baş nazir daimi sərgi üçün hazırladığı bal mumu heykəllərinə görə S. Eynullayevə təşəkkürünü bildirib. Daimi sərgidə Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk, baş nazir R. T. Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, mərkəzi inşa edən iş adamı Sami Şener və başqalarının heykəlləri nümayiş etdirilir. Bal mumu heykəllərinin geyimlərini isə Türkiyənin məşhur kişi qiyafətləri modelyeri Faruk Saraç hazırlayıb. Rəssam və modelyer heykəllər üzərində 6 ay işləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR