Bank Of Baku

Bakıda V Müəllif Mahnıları Festivalı keçiriləcək

Bakıda V Müəllif Mahnıları Festivalı keçiriləcək
# 29 iyun 2009 12:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda V Müəllif Mahnıları Festivalı keçiriləcək. APA-nın Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, festival 4-9 iyul tarixlərində baş tutacaq. Gənclər və İdman Nazirliyinin dəstəyi, “Bakı Müəllif Mahnıları Klubu”nun təşkilatçılığı ilə keçiriləcək festivalda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiya, İsrail, ABŞ, Kanada və Gürcüstandan olan müəlliflər Bakıda toplaşacaq.

Qeyd edək ki, bu il “Bakı Müəllif Mahnıları Klubu”nun 35 yaşı tamam olur. “Bakı Müəllif Mahnıları Klubu” yubileyini ilk dəfə 5 il öncə Moskvada qeyd edib. Klubun rəhbəri Cavid İmamverdiyevin bildirdiyinə görə, qurum dünyanın müxtəlif ölkələrində yaşayan çoxlu sayda müəllifi birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR