Bank Of Baku

Müslüm Eldarov adına “Ənənə və müasirlik” III beynəlxalq foto müsabiqəsinə start verilib

Müslüm Eldarov adına “Ənənə və müasirlik” III beynəlxalq foto müsabiqəsinə start verilib
# 30 iyun 2009 10:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda Müslüm Eldarov adına “Ənənə və müasirlik” III beynəlxalq foto müsabiqəsi keçiriləcək. Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədlinin APA-ya verdiyi məlumata görə, Müslüm Eldarov (1956-2003) adına “Ənənə və Müasirlik” III beynəlxalq fotomüsabiqəyə artıq rəsmən start verilib. Müsabiqə 2001 və 2005-ci illərdə keçirilmiş eyni adlı müsabiqələrin məntiqi davamıdır: “Bu geniş miqyaslı mədəni layihənin həyata keçirilməsi təşəbbüskarı bilavasitə rəssam və ictimai xadim, vətəndaş və sözün əsl mənasında vətənpərvər bir şəxs olan Müslüm Eldarova məxsus idi. Bu müsabiqələrin əsas ideyası və başlıca məqsədi mədəniyyət və ümumən humanitar sahələrdə qazanılan təcrübənin yayılması və mübadiləsi, xalqların və ölkələrin tərəqqisi naminə beynəlxalq qüvvələrin səfərbər edilməsidir. Məhz geniş imkanlar açan cəmiyyətin formalaşdırılması, insanların tolerantlığı və onların mədəniyyət vasitəsilə yaxınlaşdırılması ideyaları kütləvi və anlaşıqlı olduğundan foto sənətinin demokratik mahiyyətini əks etdirir. 2001 və 2005-ci illərdə Bakıda keçirilmiş beynəlxalq fotomüsabiqələrin əsas hərəkətverici qüvvəsi də məhz bu ideyalar olmuşdur”. Müsabiqə “Anglo-Caspian Publishing Ltd”, Bakı İncəsənət Mərkəzi və Londondakı “Humay” Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Mərkəzin direktoru bildirib ki, müsabiqədə iştirak etmək üçün tədbirin rəsmi veb-saytında - www.caspian-photo.com.qeydiyyata düşmək lazımdır. Müraciətlərin sonuncu qəbul günü 2009-cu ilin 15 oktyabr tarixidir. Müsabiqə “Dünya fotoqrafiya gözü ilə - indi və burada”, “Portret – Bizim müasirimiz”, “Bizim irsimiz”, “XXI yüzillik - Yeniliklər rəmzi”, “Ekologiya”, “Reportaj”, “İdman”, “Retro” nominasiyalarda keçirilir. Müsabiqədə qran-pri mükafatını qazanan şəxs 1000 ABŞ dolları məblğində mükafatla təltif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR