Bank Of Baku

Bakıda Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş sərginin açılışı keçirilib

Bakıda Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş sərginin açılışı keçirilib
# 30 iyun 2009 12:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Sumqayıt şəhərinin yaranmasının 60 illiyinə həsr olunmuş Sumqayıt rəssamlarının və tətbiqi sənət ustalarının əsərlərindən ibarət “Xəzərin rəngləri” adlı sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Sumqayıt şəhərinin icra başçısı Vaqif Əliyev Sumqayıt günü-gündən inkişaf etdiyini bildirib. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bu illər ərzində Sumqayıt şəhərinin qazandığı uğurlardan danışıb.
Sərgidə 16 rəssamın 147 əsərinin və əl işləri nümayiş etdirilib. Yubiley sərgisində sənətsevərlərin ixtiyarına verilən əsərlər arasında Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun Heydər Əliyevə həsr edilmiş “Ey vətən”, “Ulu öndərin yolu ilə”, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr edilmiş “İthaf”, Müslüm Maqomayevə həsr edilmiş “Əlvida Bakı”, bəstəkar Soltan Hacıbəyova həsr edilmiş “Karvan”, gənc rəssam Babək Rüstəmzadənin “Aşiqlər”, “Bu torpağın məhsulları” adlı əsərləri, tətbiqi sənət ustası Habil Salmanovun milli musiqi alətləri və digər gənc rəssamların da əl işləri yer alıb. Sərgi üç gün ərzində sənətsevərlərin ixtiyarında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR