Bank Of Baku

Almaniyanın muzey mütəxəssisləri Azərbaycanın muzey işçilərinə xüsusi təlimlər keçəcək

Almaniyanın muzey mütəxəssisləri Azərbaycanın muzey işçilərinə xüsusi təlimlər keçəcək
# 01 iyul 2009 15:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Almaniyanın muzey mütəxəssisləri Azərbaycanın muzey işçilərinə xüsusi təlimlər keçəcək. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlər Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu tərəfindən təşkil olunacaq. 30 ay müddətini əhatə edəcək regional layihə Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan və Rusiya Federasiyasında həyata keçirilir. Layihə Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu və nəzərdə tutulmuş ölkələrdə səkkiz tərəfdaş qurumlar tərəfindən icra olunacaq. Azərbaycanda isə bu layihə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən həyata keçiriləcək. Layihənin əsas məqsədi mövcud muzeyləri ömür boyu təhsilin fəal məkanlarına çevirmək üçün Qafqaz və Rusiyada mədəni və təhsil institutlar heyətlərinin bacardıqlarının artırılmasına dəstək verməkdir. Muzey işçiləri üçün təlimlərin iyulun 10-da Xalça Muzeyində keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR