Bank Of Baku

“Leyli və Məcnun” xalçası iyul ayının xalçası seçilib

“Leyli və Məcnun” xalçası iyul ayının xalçası seçilib
# 02 iyul 2009 09:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi “Ayın xalçası” layihəsini davam etdirir. Muzeyin direktoru Röya Tağıyevanın APA-ya verdiyi məlumata görə, “Leyli və Məcnun” xalçası iyul ayının xalçası seçilib. Muzey rəhbərinin sözlərinə görə, sözügedən layihə bu ildən başlanılıb və hər ay keçirilir. Layihənin ilin sonuna kimi davam edəcəyini qeyd edən R. Tağıyeva bu layihə çərçivəsində muzeyə gələnlərə sərgilənən xalçalara baxmaq imkanı yaradıldığını vurğulayıb. Hər ayın xalçası isə muzeyin fondunda saxlanılan xalçalar arasından seçilir. Qeyd edək ki, bu layihə çərçivəsində fevral ayının xalçası “Borçalı”, aprel ayının xalçası “Ovçuluq Təbriz”, may ayının xalçası “Qoca”, iyun ayının xalçası isə “Alpan Quba” xalçaları seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR