Bank Of Baku

XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının vaxtı dəqiqləşdirilib

XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının vaxtı dəqiqləşdirilib
# 02 iyul 2009 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin sentyabrında Azərbaycanda XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. APA-nın festivalın rəsmi internet saytına istinadən yaydığı məlumata görə, artıq builki festivalın vaxtı dəqiqləşdirilib. XI “Şərq-Qərb” Bakı beynəlxalq Kinofestivalı 18-25 sentyabr tarixlərindən keçiriləcək. Builki festivalda Azərbaycanla yanaşı, Rusiya, Estoniya, Polşa, Bolqarıstan, İranda istehsal olunan filmlərin nümayişi gözlənilir.

Qeyd edək ki, “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı ilk dəfə olaraq 1996-cı ildə keçirilib. Festival MDB və Baltikyanı dövlətlərin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondunun təşkilatçılığı ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR