Bank Of Baku

Bakıda “Bakı Gecələri” II estrada mahnı müsabiqəsi keçiriləcək

Bakıda “Bakı Gecələri” II estrada mahnı müsabiqəsi keçiriləcək
# 02 iyul 2009 15:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda “Bakı Gecələri” II estrada mahnı müsabiqəsi keçiriləcək. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, “Bakı Gecələri” II estrada mahnı müsabiqəsinin seçmə turuna start verilib. Müsabiqə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir. Müsabiqədə 2009-cu ildə yazılmış musiqi nömrələrini təqdim etməklə 20 yaşından yuxarı hər bir professional mahnı ifaçısı iştirak edə biləcək. Məlumatda bildirilib ki, “Bakı Gecələri” II estrada mahnı müsabiqəsi Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafı məqsədi ilə keçirilir.

Mahnıların canlı ifa olunacağı bu müsabiqədə münsiflər heyəti tərəfindən 1 “Qran-pri” və digər 8 nominasiyada diplomlar və mükafatlar müəyyən ediləcək. Bəstəkar və ifaçılar iyulun 15-dən etibarən əsərlərini müsabiqənin Təşkilat Komitəsinə təqdim edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR