Bank Of Baku

Alim Qasımov qızı Fərqanə Qasımova ilə İstanbulda solo konsert verəcək

Alim Qasımov qızı Fərqanə Qasımova ilə İstanbulda solo konsert verəcək
# 03 iyul 2009 13:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova ilə birgə Polşada qastrol səfərindədir. Xanəndənin ailəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində muğam ifaçıları Polşada keçirilən musiqi festivalında 90 dəqiqəlik xüsusi proqramla çıxış edəcəklər. Alim və Fərqanə Qasımovları Rauf İslamov, Ələsgər Məmmədov, Rəfail Ələsgərov müşayiət edəcəklər. İyulun 4-dən etibarən isə xanəndələr Türkiyədə keçiriləcək caz festivalında çıxış etmək üçün bu ölkəyə səfər edəcəklər. Türkiyədəki festival zamanı muğam ifaçılarını öz musiqiçiləri ilə bərabər, türkiyəli musiqiçilər Erkan Oğuz və Türkan Dərya müşayiət edəcək. Festivalda çıxışdan sonra Alim və Fərqanə Qasımovlar İstanbul şəhərində konsert verəcəklər. İstanbulun məşhur konsert salonunda gerçəkləşəcək proqram iyulun 9-da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR