Bank Of Baku

Xorvatiyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq

Xorvatiyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq
# 06 iyul 2009 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Xorvatiyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq. Bu barədə APA-ya məlumat verən Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayev deyib ki, sərgidə Azərbaycanın dekorativ-tətbiqi sənət ustalarının 50-yə yaxın rəsm əsərinin nümayişi nəzərdə tutulur. Bu il keçirilməsi planlaşdırılan sərgidə tanınmış Azərbaycan rəssamları Eldar Mikayılov, Zahid Hüseynov, Rauf İsmayılov, Əthəm Yusifov və Ənvər Qarayevin müxtəlif janrda əsərləri sərgilənəcək. Gələn il isə Azərbaycan tətbiqi-sənət ustalarının İstanbulda “Bəyoğlu” qalereyasında sərginin keçirilməsi nəzərdə tutulur. Ə. Qarayevin sözlərinə görə, artıq hər iki sərginin keçirilməsi üçün razılıq əldə olunub və vaxtı dəqiqləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR