Bank Of Baku

Beynəlxalq Musiqi Festivalında Azərbaycan və Ermənistan müğənniləri ikinciliyi bölüşüb

Beynəlxalq Musiqi Festivalında Azərbaycan və Ermənistan müğənniləri ikinciliyi bölüşüb
# 06 iyul 2009 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın Novorossiysk şəhərində keçirilən “Moruzel” Gənc İfaçıların Beynəlxalq Musiqi Festivalında Azərbaycanı təmsil edən Nurlan Növrəsli ikinci yeri qazanıb. APA-nın məlumatına görə, festivalda 15 ölkənin musiqiçisi birincilik uğrunda mübarizə aparıblar. Azərbaycanla yanaşı festivalda Litva, Latviya, Ukrayna, Qırğızıstan, Rusiya, İsrail, Estoniya, Ermənistan musiqiçiləri də təmsil olunublar. Müsabiqənin birinci yerini İsrail, üçüncü yeri isə Novorossiysk, Ukrayna və Estoniya təmsilçiləri bölüşüblər. Azərbaycan təmsilçisi N. Növrəsli isə ikinci yeri Ermənistan təmsilçisi Marianna Oqanesyanla bölüşüb. N. Növrəsli müsabiqənin diplomu və 25 min rubl məbləğində pul mükafatı ilə təltif olunub. Müsabiqənin münsiflər heyətində Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri Mixayıl Şabrov, Aleksandr Şevçenko, Svetaslav Belza ilə yanaşı Ermənistandan da iki musiqiçi də təmsil olunub. Müsabiqənin qran-pri mükafatını heç bir ölkə təmsilçisi qazana bilməyib. Müsabiqə çərçivəsində Rusiyanın tanınmış müğənniləri Dmitri Malikov, Sergey Lazarev, Nikolay Baskov və başqalarının çıxışları təşkil olunub. Müsabiqənin aparıcılıq missiyasını isə Aleksandr Revva və Yana Çurikova həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR