Bank Of Baku

Milli Kino Günündə “Cavad Xan” filminin premyerası keçiriləcək

Milli Kino Günündə “Cavad Xan” filminin premyerası keçiriləcək
# 06 iyul 2009 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-si - Milli Kino Gününə həsr olunmuş tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin milli filmlərin istismarı və təbliğatı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadənin APA-ya verdiyi məlumata görə, bu il Milli Kino Günü iyulun 31-də qeyd olunacaq. Buna səbəb isə avqustun 2-nin bazar gününə təsadüf etməsidir. A.Sultanzadənin bildirdiyinə görə, həmin gün, yəni iyulun 31-də Milli Kino Günü münasibəti ilə Heydər Əliyev Sarayında böyük tədbirin keçirilməsi planlaşdırılır. Tədbirdə Azərbaycanın ən tanınmış kino xadimləri, mədəniyyət işçiləri iştirak edəcəklər. Azərbaycanın tanınmış kino xadimlərinin çıxışları ilə yanaşı, həmin gün “Cavad Xan” filminin premyerası da keçiriləcək.
Qeyd edək ki, “Cavad Xan” filmi XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə Vətən uğrunda Sisianovun başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan cəsur sərkərdə Cavad xan haqqındadır. Filmdə 130-a qədər aktyor çəkilib. Sabir Rüstəmxanlının “Ölüm Zirvəsi” romanının motivləri əsasında çəkilən film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Bizim Kino” prodüser mərkəzində istehsal olunub. Filmin çəkilişləri 2007-ci ilin aprelində başlayıb – avqusta qədər aparılıb.
Film üçün 58 dəqiqəni əhatə edən 20 musiqi yazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR