Bank Of Baku

44-cü “Karlovı Varı” Beynəlxalq Kinofestivalında Azərbaycan da təmsil olunur

44-cü “Karlovı Varı” Beynəlxalq Kinofestivalında Azərbaycan da təmsil olunur
# 06 iyul 2009 15:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Çexiyada keçirilən 44-cü “Karlovı Varı” Beynəlxalq Kinofestivalında Azərbaycan da təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya bildirilib ki, A kateqoriyalı hesab olunan kinofestivalda Azərbaycanı təmsil etmək hüququ “40-cı qapı” bədii filminə verilib. Sözügedən film festivalın proqramına salınıb. Elçin Musaoğlunun ssenari müəllifi və rejissoru olduğu “40-cı qapı” filmi dövlət sifarişi ilə “Ritm prodakşn”da istehsal olunub. Filmin prodüseri Xaqani Savalandır. Filmin baş rollarında Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və başqaları çəkiliblər. Artıq start götürən mötəbər festivalda filmin rejissoru Elçin Musaoğlu da iştirak edir. Festival iyulun 9-dək davam edəcək.
Qeyd edək ki, bu ilin fevralında təqdimatı keçirilən “40-cı qapı” filmi elə bu yaxınlarda Beynəlxalq Hyuston Kinofestivalının “Qızıl mükafat”ını qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR