Bank Of Baku

Əli Əmirlinin “Varlı qadın” komediyası Qırğızıstanda tamaşaya qoyulub

Əli Əmirlinin “Varlı qadın” komediyası Qırğızıstanda tamaşaya qoyulub
# 07 iyul 2009 13:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyası Qırğızıstanda Bişkek Şəhər Dram Teatrında rus və qırğız dillərində tamaşaya qoyulub. Bu barədə APA-ya məlumat verən dramaturq bildirib ki, pyesi rus dilinə Tacikistanda yaşayan azərbaycanlı Amaliya Hacıyeva, qırğız dilinə isə Alımkan Deqenbayeva tərcümə edib. Tamaşaya quruluş vermək üçün Bişkek Teatrı Tacikistandan xalq artisti, rejissor Sulton Usmonovu dəvət edib. Tamaşada baş rollarda Altınbek Maksutov, Arnis Kıdırmışev və Talaykan Abozova çıxış edirlər. Bişkek Teatrının direktoru və bədii rəhbəri, əməkdar incəsənət xadimi Ayqul Umuraliyeva tamaşanın uğurlu alındığını qeyd edib və onun yalnız paytaxt Bişkekdə deyil, ölkənin bütün regionlarında da göstərmək istədiklərini bildirib. Ona görə də tamaşa həm də qırğız dilində hazırlanıb. Dramaturq onu da bildirib ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində eyni vaxtda iki teatrda səhnələşdirilən “Varlı qadın”ın Bişkek premyerası Orta Asiya ölkələrində əsərin üçüncü quruluşudur. Hələ ötən il Vahid adına Tacikistan Dövlət Gənclər Teatrının tamaşası Yaxın Şərq ölkələrinin Almatıda keçirilən ll beynəlxalq Teatr festivalında iki nominasiya üzrə mükafata layiq görülüb və əsər festival iştirakçısı olan teatrların diqqətini cəlb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR