Bank Of Baku

Dövlət Akademik Milli Teatrı Norveçə səfərə gedəcək

Dövlət Akademik Milli Teatrı Norveçə səfərə gedəcək
# 09 iyul 2009 10:38 (UTC +04:00)
Bakı.Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı kollektivinin yeni mövsümdə Norveçə səfəri gözlənilir. Bu barədə APA-ya məlumat verən teatrın direktoru Maqbet Bünyatov deyib ki, sentyabra nəzərdə tutulan səfər çərçivəsində teatr kollektivinin ifasında Henrik İbsenin “Oyuncaq ev” ikihissəli tamaşasının nümayiş etdirilməsi nəzərdə tutulur. M. Bünyatovun sözlərinə görə, Azərbaycandakı Norveç Krallığı Səfirliyinin maliyyə dəstəyi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Tahir Tahirov, Musiqi tərtibatı Səbuhi Məmmədovdur. Tamaşada məşhur Norveç bəstəkarı Edvard Qriqin musiqisindən istifadə olunub. Tamaşanın rollarında Abbas Qəhrəmanov, Sənubər İsgəndərli, Cəfər Namiq Kamal, Mehriban Xanlarova, Füzuli Hüseynov və digər aktyorlar çıxış edəcəklər. Teatr rəhbəri onu da bildirib ki, hazırda Milli Teatrla Azərbaycanın Belarusdakı Səfirliyi ilə sentyabrın sonlarında teatr kollektivinin Belarusa səfəri barədə danışıqlar aparılır. Səfər ərəfəsində teatrın yaradıcı heyətinin ifasında Hüseyn Cavidin “Şeyda” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR