Bank Of Baku

Xalq artisti Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna təqdim olunub

Xalq artisti Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna təqdim olunub
# 09 iyul 2009 12:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna təqdim olunub. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, aktyorun şəxsi arxivi onun qızı Gülnarə Dadaşova tərəfindən verilib. Artıq fondun arxivinə daxil olan fotolar və sənədlərin M. Dadaşovun adı ilə bağlı olan müxtəlif tədbirlərdə istifadəsi də gözlənilir. Bununla yanaşı, bu günlərdə əməkdar artist Atamoğlan Rzayevin də oğlu tərəfindən onun şəxsi arxivi fonda gətirilib. A. Rzayevin şəxsi arxivində onun müxtəlif illərdə çəkdirdiyi fotolar, onun haqqında maraqlı yazılar və sənədlər var. C. Quliyev bildirib ki, Rusiya vətəndaşı olan şəxsin arxivindən Azərbaycan kinosuna aid çox qiymətli və maraqlı sənədlər də Dövlət Film Fonduna göndərilib. Bu materialların fondun arxivində çox mühüm yer tutduğunu vurğulayan fond rəhbəri, sənədlərin əsasən 50-60-cı illərdə çəkilmiş filmlərlə bağlı olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR