Bank Of Baku

Rejissor Niyazi Bədəlovun 100 illik yubileyi keçiriləcək

Rejissor Niyazi Bədəlovun 100 illik yubileyi keçiriləcək
# 09 iyul 2009 12:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə iyulun sonlarında Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlovun 100 illik yubileyinin keçirilməsi nəzərdə tutulur. Fonddan APA-ya verilən məlumata görə, tanınmış azərbaycanlı rejissor dünyaca məşhur Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub. Eyni zamanda N. Bədəlov, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub. Rejissor Azərbaycan kinosuna “Övladlarım”, “Xəzərin üzərindən körpü”, “Azərbaycan aşıqları”, “Onun adı Serafino idi” və digər filmləri bəxş edib. O, 1936-cı ildə ilk filmini, 1988-ci ildə isə son filmini çəkib.
Dövlət Film Fondu tərəfindən avqust ayında keçirilməsi planlaşdırılan Azərbaycanın ilk kinooperatorlarından biri olan Xan Babayevin 90 illik yubileyidir. Xan Babayevin operatoru olduğu filmlər arasında “Yenilməz batalyon”, “Böyük dayaq”, “Ögey ana”, “Qara daşlar”, “Doğma xalqmıza”kimi unudulmaz filmlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR