Bank Of Baku

İrəvan teatrı cənub bölgəsində səfərdədir

İrəvan teatrı cənub bölgəsində səfərdədir
# 10 iyul 2009 06:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İrəvan Azərbaycan Dövlət Dram Teatrının truppası cənub bölgəsinə qastrol səfərinə gəlib. APA-nın cənub bürosunun məlumatına görə, yaradıcı kollektiv səfərinin ilk günündə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının və Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Evinin səhnəsində yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” publisistik-xronikal dramının tamaşası ilə çıxış edib. Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən səhnə əsərinin quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanovdur. Əsas rolları əməkdar mədəniyyət işçisi İftixar Piriyev, xalq artistləri Elmira İsmayılova, Süleyman Nəcəfov, əməkdar artistlər Vaqif Kərimov, Vidadi Əliyev, aparıcı aktyorlardan Məhərrəm Musayev, Elnarə Heydərova və başqaları ifa ediblər.
Teatrın direktoru İftixar Piriyevin sözlərinə görə, kollektiv həftənin sonunadək bölgənin digər rayonlarının sənətsevərləri qarşısında da “Xilaskar” tamaşası ilə çıxış etməyi planlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR