Bank Of Baku

Maykl Ceksonun ölüm faktı ilə bağlı cinayət işi başlana bilər

Maykl Ceksonun ölüm faktı ilə bağlı cinayət işi başlana bilər
# 10 iyul 2009 07:10 (UTC +04:00)
Mənbənin sözlərinə görə, Ceksonun ailəsi araşdırmaların cinayət işinin başlanması ilə nəticələnə biləcəyinin fərqindədir.

Los-Anceles polisinin rəhbəri Uilyam Bretton isə jurnalistlərə açıqlamasında ölümün səbəbləri barədə son qərarın – Maykl Ceksonun təsadüf nəticəsində yüksək dozalı həb qəbul etməsi, yoxsa bunun qətl olması - meyitin müayinəsindən sonra veriləcəyini bildirib: “Biz ölümün səbəblərini araşdıran müstəntiqin köməyini gözləyirik. Ölümün səbəbi yalnız toksikoloji testin köməyi ilə dəqiqi müəyyənləşdirilə bilər. Toksikoloji testin nəticəsi isə tezliklə hazır olmalıdır”.

U. Bretton bildirib ki, nəticədən asılı olaraq ölümün qətl, yoxsa təsadüf olduğu üzə çıxacaq və bunu uyğun da addım atılacaq.

Qeyd edək ki, 50 yaşlı pop-kralı iyunun 25-də evində qəflətən dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR