Bank Of Baku

Bakıda “Sıxıntı, Tor və Köhnəlikdən uzaq, muzeylərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi” layihənin təqdimatı keçirilib

Bakıda “Sıxıntı, Tor və Köhnəlikdən uzaq, muzeylərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi” layihənin təqdimatı keçirilib
# 10 iyul 2009 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Avropa Komissiyasının “İnsanların Sərmayə: yerli mədəniyyətə doğru, mədəni müxtəlifliyin qorunması və təbliğatı” proqramı çərçivəsində “Sıxıntı, Tor və Köhnəlikdən uzaq, muzeylərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi” yeni layihəsinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva 30 ay müddətini əhatə edən layihənin Qafqaz ölkələri və Rusiya Federasiyasında həyata keçirildiyini deyib. Onun sözlərinə görə, layihə Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu və nəzərdə tutulmuş ölkələrdə səkkiz tərəfdaş qurumu o cümlədən, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi tərəfindən həyata keçirilir: “Layihənin keçirilməsində əsas məqsəd mövcud muzeyləri Ömür Boyu Təhsilin fəal məkanlarına çevirmək üçün Qafqaz və Rusiyada mədəni və təhsil institutları heyətlərinin bacarıqlarının artırılmasına dəstək verməkdir. Layihə muzeylərin peşəkar və mədəniyyətlərarası bacarıqlarını artıracaq və muzeyləri sosial öyrənmə, həmrəylikdə fəal iştirakını gücləndirəcək. Bundan başqa nəzərdə tutulmuş ölkələr və Avropa İttifaqının muzeyləri arasında əlaqələr gücləndiriləcək və inkişaf etdiriləcək”. Tədbirdə Avropa Komissiyasının, Almaniya Xalq universitetləri Birliyi, Azərbaycan muzeylərinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR