Bank Of Baku

Çexiyada keçiriləcək beynəlxalq musiqi festivalında azərbaycanlı dirijor da iştirak edəcək

Çexiyada keçiriləcək beynəlxalq musiqi festivalında azərbaycanlı dirijor da iştirak edəcək
# 10 iyul 2009 13:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 3-16 avqust tarixlərində Çexiyanın Teplitsa şəhərində beynəlxalq klassik musiqi festival-seminarı keçiriləcək. Festivalın əsas təşkilatçıları Avropa Musiqi Akademiyası (Çexiya) və Sürix Dövlət Musiqi və İncəsənətlər Universitetidir. Beynəlxalq musiqi forumunda Azərbaycanı ilk dəfə olaraq gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil edəcək. Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, onun idarəsi altında Çex Filarmonik Orkestrinin ifasında dünya klassik musiqisinin parlaq nümunələri səslənəcək. Proqrama V. Motsart, İ. Brams, R. Shtraus, P. Caykovski və K.Sen-Sansin əsərləri daxil edilib. Ə. Quliyev deyib ki, festival çərçivəsində Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Avstriya və Bolqarıstandan dəvət olunmuş tanınmış dirijor və ifaçıların iştirakı da gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR