Bank Of Baku

Azərbaycanın rok ifaçıları və qrupları gələn il məşhur "Rock’n Coke" rok festivalında iştirak edə bilərlər

Azərbaycanın rok ifaçıları və qrupları gələn il məşhur "Rock’n Coke" rok festivalında iştirak edə bilərlər
# 20 iyul 2009 07:02 (UTC +04:00)
İstanbul. Nicat Mustafayev - APA. Azərbaycanın rok ifaçıları və qrupları gələn il məşhur "Rock’n Coke" rok festivalında iştirak edə bilərlər. Bu barədə APA-ya hər il keзirilən "Rock’n Coke-2009" rok festivalının təşkilatçısı və bas sponsoru olan "Coca-Cola" şirkətinin brend-meneceri Onur Dedeköylü məlumat verib. Onun sözlərinə görə, hər il olduğu kimi, 2010-cu ildə də İstanbulda analoji festival keзiriləcək: "Biz bu festivalı 2003-cü ildən keзiririk. Ötən festivallara bir o qədər də tanınmış rok ustaları qatılmasa da, builki festivalda dünya rokunun ulduzları çıxış edib. Azərbaycan rok ifaçılarını da gələn il bu səhnədə görməkdən зox məmnun olardıq".

O. Dedeköylü onu da bildirib ki, 2010-cu ildə "Rock’n Coke" festivalına dünyanın bir sıra rok ulduzları dəvət olunacaq.

Qeyd edək ki, bu il iyulun 18-19-da İstanbulda keзirilən "Rock’n Coke-2009" festivalında "Prodigy", "Linkin Park" kimi tanınmış rok qrupları çıxış edib. Onlarla yanaşı, D2, "Cold War Kids", Juliette Lewis, Emre Aydın, Duman və s. rok qrupları və ifaçıları festivala qatılıb. iki gün davam edən konserti 40 minə yaxın tamaşaçı izləyib.

Festivalı izləyənlər arasında Azərbaycanın 14 KİV nümayəndəsi də olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR