Bank Of Baku

Kinorejissor Niyazi Bədəlovun 100 illik yubileyi keçirilib

Kinorejissor Niyazi Bədəlovun 100 illik yubileyi keçirilib
# 24 iyul 2009 15:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Muzey Mərkəzində Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə kinorejissor Niyazi Bədəlovun 100 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən rejissor Cəmil Quliyev bildirib ki, N.Bədəlov Azərbaycanın sənədli filmlər çəkən ilk rejissorlarından olub: “Niyazi Bədəlov Ümumittifaq Dövlət Kinematoqrafiya Akademiyasında Sergey Eyzenşteynin emalatxanasında təhsil alıb. İndi sənədli filmlər çəkən rejissorların əksəriyyəti məhz onun çəkdiyi sujetlərdən faydalanırlar”.
Kinoşünas Aydın Kazımzadə isə bildirib ki, N.Bədəlov kimi 40-dan çox sənədli filmlər çəkən istedadlı rejissorun heç bir fəxri adının olmaması düzgün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR