Bank Of Baku

İyulun 31-də Azərbaycan kinosunun 111 illiyi münasibətilə tədbir keçiriləcək

İyulun 31-də Azərbaycan kinosunun 111 illiyi münasibətilə tədbir keçiriləcək
# 28 iyul 2009 08:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan kinosunun 111 illiyi iyulun 31-də Heydər Əliyev sarayında qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkə prezidentinin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunan Milli Kino Gününə həsr olunmuş bədii axşam həmin gün saat 17.00-da Heydər Əliyev Sarayında keçiriləcək. Rəsmi hissədən və təbriklərdən sonra isə “Cavad xan” filmi nümayiş olunacaq.
Qeyd edək ki, “Cavad xan” bədii filminin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi, bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamları Rafis İsmayılov, Rafiq Nəsirov, prodüseri Heydər Dadaşovdur. Cavad xan rolunda Nurəddin Mehdixanlı, rollarda Amaliya Pənahova, Ramiz Novruz, Rafiq Əzimov, Salam İsmayılov, Nuriyyə Hüseynova, Rövşən Kərimdux, Qabil Quliyev iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR