Bank Of Baku

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kino Günü münasibətilə bir qrup kino işçisini mükafatlandırıb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kino Günü münasibətilə bir qrup kino işçisini mükafatlandırıb
# 31 iyul 2009 14:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2 avqust - Milli Kino Günü münasibətilə bir qrup kino işçisini mükafatlandırıb. APA-nın məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən nazir bildirib ki, son illər Azərbaycan kinosu həm maddi-texniki bazasına, həm beynəlxalq müsabiqələrdə iştirakına görə inkişafdadır. Kino işçilərindən razı olduğunu deyən nazirin sözlərinə görə, hazırda Azərbaycan kinosu qarşısında həll olunası vəzifələr var: “Bizim əsas vəzifəmiz odur ki, Azərbaycan kinosu Azərbaycan gerçəkliklərini, onun keçdiyi yolu, dövlət siyasətinin əks etdirsin. Buna görə də indi çəkilən filmlərlə bağlı müəyyən çərçivələr qoyulur. Kinomuz Azərbaycan xalqının mənəviyyatına cavab verməlidir. Bu ilin ən böyük hadisələrindən biri də Dövlət Film Fondunun yeni binasının açılışıdır”. Nazirin sözlərinə görə, artıq nazirliyin nümayəndə heyəti Dövlət Film Fondunun laboratoriyası və montaj studiyası ilə bağlı avadanlıqların alıb gətirilməsi üçün Fransadan qayıdıb.
Daha sonra nazir veteran kino işçilərinə pul mükafatları, beynəlxalq müsabiqələrdə uğur qazanan gənc rejissorlara isə diplomlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR