Bank Of Baku

Xalq artisti Elxan Ağahüseynoğlu dəfn olunub

Xalq artisti Elxan Ağahüseynoğlu dəfn olunub
# 03 avqust 2009 13:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Azərbaycan Dövlət Akademik Milli Teatrının aktyoru, xalq artisti Elxan Ağahüseynoğlu ilə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, vida mərasimi aktyorun evində baş tutub. Mərasimdə mərhumun dostları, aktyorlar, kino ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim başa çatdıqdan sonra mərhum arzusuna uyğun olaraq anasının məzarının yanında - Lökbatan yaxınlığındakı köhnə qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, E. Ağahüseynoğlu uzun müddətdir, şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. 40 ildən çox Akademik Milli Teatrın aktyoru olan E. Ağahüseynoğlu onlarla tamaşada, həmçinin “Axırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi” və “Ömrün səhifələri” filmlərində rol alıb.

Aktyor avqustun 2-də vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR