Bank Of Baku

Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb

Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb
# 06 avqust 2009 08:47 (UTC +04:00)
Vaşinqton. Zaur Həsənov - APA. Montana Universitetinin professoru, “Azərbaycan Gündəliyi” kitabının müəllifi Tomas Qoltzun Azərbaycanın “Qədim Şərq” muğam qrupu haqqında çəkdiyi 15 dəqiqəlik sənədli film Kaliforniyada keçirilən festivalda “Şərəf” mükafatı alıb.

APA-nın ABŞ bürosunun xəbərinə görə, “Accollade Film” festivalına təqdim olunan filimdə “Qədim Şərq” qrupunun Montananın Billings şəhərinin “Rocky Mountain College”-də, Bozmanda yerləşən Montana Dövlət Universitetinin musiqi departamentində, Yelloustoundakı Livinqston kitabxanasında və Missula şəhərində yerləşən Montana Universitetində muğam ustası Cefri Verbohla birgə çıxışı lentə alınıb.

Professor T. Qoltz mükafatın təqdimat mərasimində “mən şadam ki, vaxtilə müharibə və siyasi fəlakət həddində olan ölkənin indi mədəniyyət və incəsənətini təbliğ edirəm”, - deyə qeyd edib.

Filimin ərsəyə gəlməsində Azərbaycan-Avropa Birliyi Cəmiyyətinin sədri Tale Heydərov, Montanada yaşayan Dağlıq Qarabağdan olan məcburi köçkün Vahid Ələkbərov, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov iştirak ediblər.

Qeyd edək ki, Kaliforniyanın La Jolla şəhərində keçirilən festival bu il 15 illik yubileyini qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR