Bank Of Baku

Gəncə Dövlət Kukla Teatrı Bolqarıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək

Gəncə Dövlət Kukla Teatrı Bolqarıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək
# 10 avqust 2009 08:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 2-9-da Bolqarıstanın Plovdiv şəhərində “3-dən az, 2-dən çox” adlı Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Azərbaycan bu festivalda Gəncə Dövlət Kukla Teatrı ilə təmsil olunacaq. Teatr kollektivinin festival çərçivəsində Əli Səmədlinin “Artıq tamah baş yarar” tamaşası ilə çıxış etməsi nəzərdə tutulur. Səkkiz gün davam edəcək səfərdə nazirliyin teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Minaxanım Məlikova, teatrın direktoru Bayram Fətəliyev, teatrın baş rejissoru Fərmail Paşayev, əməkdar artist Nağəddin Məmmədov, aktyorlardan Xidayat Əskərov, Elmar Vəliyev, Səməd Xanəhmədov, Zülfiyyə Əliyeva və Mahirə Haqverdiyeva da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR