Bank Of Baku

Azərbaycanın muğam ifaçısı Böyük Britaniyada keçirilən beynəlxalq festivalda iştirak edib

Azərbaycanın muğam ifaçısı Böyük Britaniyada keçirilən beynəlxalq festivalda iştirak edib
# 10 avqust 2009 14:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın gənc muğam ifaçısı Qoçaq Əsgərov Böyük Britaniyada keçirilən “Womad” Beynəlxalq dünya musiqisi, mədəniyyəti və rəqsləri festivalında iştirak edib. Bu günlərdə səfərdən qayıdan xanəndə APA-ya açıqlamasında bildirib ki, Setenham şəhərində keçirilən festivalda onun çıxışını 6 min nəfərlik tamaşaçı izləyib. Xanəndə festival üçün hazırladığı “Qarabağ şikəstəsi”, “Sarı gəlin”, “Mürği səhər” və bir çox təsnifləri səsləndirib. Muğam ifaçısı tarda Əliağa Sədiyev, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov, kamançada Elşən Mansurov müşayiət ediblər. Onun sözlərinə görə, bu təklif ona BBC radiosunun nümayəndələri tərəfindən gəlib. BBC radiosunda qonaq olan Qoçaq Əsgərov yarım saatlıq canlı proqramla çıxış edib.
Xatırladaq ki, “Womad – The Tower Festival” çərçivəsində keçirilən növbəti tədbir sentyabrın 19-dan 20-dək davam edəcək. Burada da Azərbaycan musiqiçilərinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR