Bank Of Baku

Azərbaycanın ilk kinoaktrisalarından biri İzzət Orucovanın 100 illik yubileyi keçiriləcək

Azərbaycanın ilk kinoaktrisalarından biri İzzət Orucovanın 100 illik yubileyi keçiriləcək
# 12 avqust 2009 11:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dövlət Film Fondunun təşkilatçılığı ilə sentyabrda Azərbaycanın ilk kinoaktrisalarından biri İzzət Orucovanın 100 illik yubileyi keçiriləcək. Film Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, yubiley tədbirində İ.Orucovanın ötən il ABŞ-ın şəxsi arxivindən Film Fonda təqdim edilən foto və arxiv sənədlərinin də nümayişi təşkil olunacaq.
C.Quliyev bildirib ki, Azərbaycanın ilk kino aktrisalarından olan İ.Orucova Cəfər Cabbarlının “Almas”, “Sevil” və digər filmlərində yaddaqalan obrazlar yaradıb. Aktrisa ilk dəfə olaraq 1929-cu ildə filmə çəkilib. Sonralar isə o, kinodan uzaqlaşaraq kimyaçı-alim, akademik olub.
Dövlət Film Fondunun sentyabrda növbəti tədbiri Azərbaycanın görkəmli aktyoru Məmmədrza Şeyxzamanova həsr olunacaq. Həmin ay görkəmli aktyorun Muzey Mərkəzində xatirə gecəsi keçiriləcək. M.Şeyxzamanov “Tütək səsi”, “Xidməti lift”, “Nəsimi”, “Babək”, “Bir qalanın sirri” kimi tanınmış filmlərində unudulmaz obrazlar yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR