Bank Of Baku

Bakıda Azərbaycan və Fransanın birgə istehsalı olan “Kabusun gözü ilə” adlı filmin çəkilişləri aparılır

Bakıda Azərbaycan və Fransanın birgə istehsalı olan “Kabusun gözü ilə” adlı filmin çəkilişləri aparılır
# 13 avqust 2009 11:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda Azərbaycan və Fransanın birgə istehsalı olan “Kabusun gözü ilə” adlı filmin çəkilişinin ikinci mərhələsinə başlanılıb. APA-nın məlumatına görə, bu barədə filmin ssenari müəllifi, məşhur azərbaycanlı dramaturq Rüstəm İbrahimbəyov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Filmin çəkilişləri iyulun 21-də Marseldə başlayıb. Fransada işlər başa çatdırıldıqdan sonra filmin baş rol ifaçısı, Marselin “Turski” teatrının məşhur aktyor və rejissoru Rişar Marten də Bakıya gəlib. R.Martendən başqa, filmdə bolqar Georgi Branev, həmçinin Teymur Bədəlbəyli, Fatimə İbrahimbəyova, Şükufə Yusupova, Mələk Abbaszadə, Gülzar Qurbanova və başqaları da rol alacaqlar.
Filmdə hadisələr fransız aktyor R.Marten ətrafında cərəyan edir. O, 1990-cı ilin yanvarında gənc Azərbaycan dövlətinin müstəqillik uğrunda mübarizəsini dəstəkləmək üçün Bakıya gəlir və burada özündən 20 yaş kiçik aktrisaya vurulur.
Filmin rejissoru R.İbrahimbəyovu baş rol ifaçısı R.Martenlə uzun illərin dostluq əlaqələri bağlayır. Ssenari isə ilk variantdan fərqlənir. R.İbrahimbəyov bu dəyişikliyi R.Martenin təklifi ilə edib.
Azərbaycan və Fransanın birgə layihəsi olan film “İbrus” kinokompaniyası tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həyata keçirilir.
R.İbrahimbəyov jurnalistlərin suallarına cavab olaraq bildirib ki, filmin büdcəsi 1 milyon manat təşkil edir. Bunun 200 min manatını Fransa, qalan hissəsini isə Azərbaycan tərəfi ödəyəcək.
Rejissor filmin janrını həyat janrı, psixoloji dram kimi səciyyələndirib. Onun sözlərinə görə, çəkilişlər bu ilin sonuna kimi başa çatacaq. Filmin təqdimat mərasimi əvvəlcə Bakıda, 2010-cu ilin martında isə Marseldə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR