Bank Of Baku

Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğam axşamı təşkil olunacaq

Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğam axşamı təşkil olunacaq
# 13 avqust 2009 14:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Qəbələdə bu gün start götürəcək Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğam axşamı təşkil olunacaq. Bu barədə APA-ya Azərbaycanın xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov məlumat verib. O bildirib ki, festival çərçivəsində avqustun 21-də muğam axşamı təşkil olunacaq.
Muğam axşamında xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova solo-proqramla çıxış edəcəklər. Xanəndənin sözlərinə görə, o, Aygün Bayramova ilə birgə festival üçün iki saatdan artıq proqram hazırlayıb. Muğam ifaçılarını konsert boyunca Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR