Bank Of Baku

“Qızıl minbər” müsəlman kino festivalında 34 kino işi nümayiş etdiriləcək

“Qızıl minbər” müsəlman kino festivalında 34 kino işi nümayiş etdiriləcək
# 14 avqust 2009 16:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova–APA. Sentyabrın 30-dan oktyabrın 4-dək Kazanda keçiriləcək V “Qızıl minbər” müsəlman kino festivalı müsabiqəsinin proqramı təsdiqlənib. APA-nın məlumatına görə, müsabiqənin proqramına 34 kino işi, 12 tammetrajlı, 14 sənədli və 8 qısametrajlı film daxil edilib. Müsabiqədən kənar proqrama 22 kino əsəri daxil edilib. Onlar “Tatarıstan kino günü”, “Qafqaz kino günü” və “Beynəlxalq panorama” adlanan xüsusi kinoproqramlar çərçivəsində nümayiş etdiriləcək. Builki “Qızıl minbər” kinofestival “Mədəniyyətlər dialoqundan dialoq mədəniyyətinə” şüarı altında keçiriləcək.
Xatırladaq ki, ilk “Qızıl minbər” müsəlman kino festivalı, 2005-ci ilin sentyabrda Kazanda keçirilməyə başlayıb. “Qızıl minbər” Rusiyanın Müfti Şurası, Tatarıstanın Mədəniyyət Nazirliyi, Kazan şəhər İcra hakimiyyəti, Rusiyanın İslam Mədəniyyət Mərkəzi və “İslam aləmi” televideoşirkəti tərəfindən təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR