Bank Of Baku

Alim və Fərqanə Qasımovlar Almaniyada iki konsert proqramı ilə çıxış edəcəklər

Alim və Fərqanə Qasımovlar Almaniyada iki konsert proqramı ilə çıxış edəcəklər
# 15 avqust 2009 12:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə Almaniyada keçirilən Beynəlxalq Musiqi Festivalında çıxış edəcək. Xanəndənin ailəsindən APA-ya verilən məlumata görə, artıq Alim və Fərqanə Qasımovlar Almaniyaya səfər ediblər.
Festival çərçivəsində muğam ifaçılarının iki konserti keçiriləcək. Konsertlərdən biri avqustun 21-də, ikincisi isə 23-də baş tutacaq. Məlumatda bildirilib ki, ilk konsertdə xanəndələri öz musiqiçiləri Rauf İslamov və Ələsgər Məmmədovla yanaşı, xarici musiqiçilər də müşayiət edəcəklər. Muğam ifaçıları avqustun 25-də Vətənə qayıdacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR