Bank Of Baku

Müslüm Maqomayevin anadan olmasının 67-ci ildönümü münasibəti ilə onun məzarı ziyarət olunub - FOTOSESSİYA

Müslüm Maqomayevin anadan olmasının 67-ci ildönümü münasibəti ilə onun məzarı ziyarət olunub - <font color=red>FOTOSESSİYA</font>
# 17 avqust 2009 10:47 (UTC +04:00)
Bakı.Ülkər Qasımova-APA. Bu gün SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 67-ci ildönümü münasibəti ilə görkəmli musiqiçinin Fəxri Xiyabandakı məzarı ziyarət olunub. APA-nın məlumatına görə, ziyarətdə Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya , mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Moskvada yaşayan azərbaycanlı biznesmen və musiqiçi Emin Ağalarov, “AzAL” Dövlət Konserninin prezidenti Cahangir Əsgərov, Prezident Administrasiyanın humanitar şöbəsinin müdiri Fatma Abdullazadə, eləcə də Azərbaycanın çoxsaylı mədəniyyət və incəsənət ustaları iştirak ediblər. Qonaqlar M. Maqomoyevin məzarına gül dəstələri və əklillər qoyublar. Ziyarətdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında M.Maqomayevin hər bir insanın ürəyində daima yaşayacağının deyib: “Müslüm Maqomayev insanların ürəyində yaşayan bir simadır və daima yaşayacaq. Düzdür, hər birimizin ürəyini fəth etmiş M. Maqomayev dünyasını dəyişib, ancaq biz onun yaşadığını sanırıq, bizimlə birgə ürəyini döyündüyünə inanırıq. Müslüm son dövrlər Bakıda az olmuşdu və biz sanki onun yoxluğunu o qədər də hiss etmirik. O sanki bizimlə yaşayır, onun musiqisi, onun ifası və onun qoyduğu izlər gündəlik olaraq bizim önümüzə çıxır. Müslüm Maqomayev hər birimizin ürəyində silinməz iz qoyub”.

Xatırladaq ki, Azərbaycanın görkəmli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayev 2008-ci ilin oktyabrın 25-də Moskvada dünyasını dəyişib. Dahi sənətkarın cənazəsi Moskvadan Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR