Bank Of Baku

Nazir: “Müslüm Maqomayevin ifa etdiyi mahnılarından ibarət xüsusi toplu hazırlanacaq”

Nazir: “Müslüm Maqomayevin ifa etdiyi mahnılarından ibarət xüsusi toplu hazırlanacaq”
# 17 avqust 2009 10:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın görkəmli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayevin ifa etdiyi bütün mahnılarından ibarət xüsusi toplu hazırlanacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, bundan əlavə M. Maqomayevin vəfatının bir ilinin tamam olması ilə əlaqədar onun məzarüstü abidəsinin hazırlanması nəzərdə tutulur: “İlk əvvəl Müslüm Maqomayevin bütün mahnılarından ibarət xüsusi toplusunun buraxılmasını nəzərdə tuturuq. Eyni zamanda hazırda onun haqqında kitablar hazırlanır. Sözsüz ki, onun vəfatının bir ili ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. Ən əsası isə vəfatının bir ilinin tamamlanması ilə əlaqədar onun məzarı üstündə heykəli qoyulacaq”.
Ə. Qarayev onu da deyib ki, M. Maqomayevin adının əbədiləşdirilməsi üçün dövlət başçısı xüsusi bir sərəncam imzalayıb və həmin sərəncamda göstərilən tapşırıqlar yaxın vaxtlarda həyata keçiriləcək: “Dövlət başçısının sərəncamında Bakıda bir küçəyə, eləcə də musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adının verilməsi tapşırıq olaraq göstərilib. Biz hal-hazırda bununla bağlı danışıqlar aparırıq. Hansı musiqi məktəbləri ki, artıq kiminsə adı altında fəaliyyət göstərir onların adının dəyişdirilməsindən söhbət gedə bilməz. Ancaq heç kimin adını daşımayan musiqi məktəbləri var, biz onlara baxıb müəyyənləşdirdikdən sonra sentyabrın sonunda qərar verəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR