Bank Of Baku

Əyyub Quliyev Çexiyada Beynəlxalq Yay Musiqi Festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib

Əyyub Quliyev Çexiyada Beynəlxalq Yay Musiqi Festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib
# 18 avqust 2009 08:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın gənc dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin Çexiyanın tarixi və mədəni mərkəzlərindən biri olan Teplitse şəhərində keçirilən Beynəlxalq Yay Musiqi Festivalı çərçivəsində konsertləri baş tutub. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, festivalın təşkilatçıları – Çexiya Mədəniyyət Nazirliyi, Avropa Musiqi Akademiyası və Sürix Musiqi və İncəsənətlər Universitetidir. Ənənəvi olaraq hər ilin yay aylarında keçirilən bu ilki festivalda Böyük Britaniya, Danimarka, Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya, Serbiya və Braziliyadan tanınmış musiqiçilər iştirak ediblər. Azərbaycanı ilk dəfə olaraq bu festivalda təmsil edən Əyyub Quliyev Şimali Çexiya Filarmonik Orkestrinin müşayiəti ilə öz konsert proqramını dinləyicilərə təqdim edib. Proqrama dünya klassik musiqisinin ən parlaq nümunələri – İ. Brams və P. Çaykovskinin simfoniyaları, R. Ştrausun “Don Juan” simfonik poeması, Motsartın “Fiqaronun toyu” operasından səhnələr, J. Bizenin “Karmen suitasi” və K. Sen-Sansın violoncel konserti daxil edilib. Konsertin solisti – beynəlxalq müsabiqələr laureatı Katerina Vocetkova (Çexiya) olub. Dirijorun sözlərinə görə, uğurla keçən konsertdə Çexiya və digər Avropa ölkələrindən gəlmiş qonaqlar – tanınmış musiqiçilər, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR