Bank Of Baku

Qırğızıstan Dövlət Milli Dram Teatrında Üzeyir Hacıbəyovun “Koroğlu” operasını səhnələşdirilir

Qırğızıstan Dövlət Milli Dram  Teatrında Üzeyir Hacıbəyovun “Koroğlu” operasını səhnələşdirilir
# 18 avqust 2009 12:14 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva-APA. Türkdilli xalqların qəhrəmanlıq eposlarının bütün türk dünyasında tanınması üçün “TÜRKSOY” maraqlı layihələr hazırlayıb. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, bu məqsədlə türkdilli xalqların qəhrəmanlıq eposlarına həsr olunan operaların Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan və başqa türkdilli xalqların səhnələrində göstərilməsi üçün layihənin icrasına start verilib. Hazırda Türkiyədə çalışan həmyerlimiz, Azərbaycan və Türkiyənin tanınmış teatr xadimi Əflatun Nemətzadə Qırğızıstan Dövlət Milli Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Koroğlu” operasını səhnələşdirir. Türkiyədən Bişkekə “Koroğlu” operasını səhnələşdirmək üçün dəvət edilən rejissor Əflatun Nemətzadə bildirib ki, tamaşanın səhnələşdirilməsinin bütün xərclərini “TÜRKSOY” maliyyələşdirir. Bişkekdə qırğız artistlərinin ifasında artıq əsas məşqlər başlanıb. Teatrda qırğız artistlərinin iştirakı ilə baş tutan tamaşada baş rolları Azərbaycan Dövlət Opera və Balet Teatrından dəvət olunan Samir Cəfərov və Zemfira İsmayılova ifa edəcəklər. Sentyabrın 8-də tamaşaçılara təqdim ediləcək “Koroğlu” operasının premyerasına Azərbaycanın Qırğızıstandakı səfirliyinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri dəvət ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR