Bank Of Baku

Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində Piano Müsabiqəsinin qalibinə 10 000 manat pul mükafatı veriləcək

Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində Piano Müsabiqəsinin qalibinə 10 000 manat pul mükafatı veriləcək
# 18 avqust 2009 12:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı və Piano müsabiqəsi uğurla davam etdirilir. Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Azərbaycanın xalq artisti, Qəbələ Festivalı və Müsabiqəsinin bədii rəhbəri Fərhad Bədəlbəyli APA-ya açıqlamasında bildirib ki, beynəlxalq festivalda 15 ölkə təmsil olunur: “Artıq altı gündür davam edən bu festival çox yüksək səviyyədə həyata keçirilir. İştirakçılar həm festivalın, həm də müsabiqənin gedişatından çox razıdırlar. Azərbaycanlıların çox qonaqpərvər və istiqanlı olması qonaqları valeh edib. Eyni zamanda Qəbələnin gözəl təbiəti onlara çox gözəl təsir edir. Onlar burada işləməklə yanaşı, gözəl istirahət edirlər”.
F.Bədəlbəyli onu da vurğulayıb ki, avqustun 22-də öz işini başa vuracaq festival çərçivəsində bir sıra konsertlər də həyata keçiriləcək. Avqustun 19-da isə festival çərçivəsində keçirilən Pianoçular Müsabiqəsinin finalı və qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq. Bununla yanaşı, avqustun 20-də Piano Müsabiqəsinin münsiflər heyətində təmsil olunan musiqiçilərin qala-konsertinin keçirilməsi nəzərdə tutulub.
F.Bədəlbəylinin bildirdiyinə görə, müsabiqənin münsiflər heyətində Amerika, İtaliya İspaniya, Meksika, Rusiya və Azərbaycan mütəxəssisləri təmsil olunurlar. Avqustun 21-də keçirilməsi nəzərdə tutulan muğam axşamında isə xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova konsert proqramı ilə çıxış edəcəklər. Sonuncu gün, yəni avqustun 22-də Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçiriləcək. Bağlanış konsertində Ranaana Simfonietta Orkestrinin müşayiəti ilə solistlər Daniel və Aleksandr Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor), Boris Berezovski (piano) çıxışı gözlənilir. Konserti tanınmış dirijor Dmitri Yablonski idarə edəcək. Festivalın və Müsabiqənin bədii rəhbəri qeyd edib ki, sözügedən piano müsabiqəsinin I yer sahibi 10 000, II yer sahibi 5 000, üçüncü yer sahibi isə 3 000 manat pul mükafatı ilə təltif olunacaq.
Qeyd edək ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Piano Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR