Bank Of Baku

Dünyanın tanınmış musiqiçiləri Bakı Musiqi Akademiyasında silsilə master-klasslar keçəcəklər

Dünyanın tanınmış musiqiçiləri Bakı Musiqi Akademiyasında silsilə master-klasslar keçəcəklər
# 18 avqust 2009 14:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dünyanın tanınmış musiqiçiləri, mütəxəssislər Bakı Musiqi Akademiyasında (BMA) silsilə master-klasslar keçəcəklər. BMA-a rektoru, xalq artisti Fərhad Bədəlbəyli APA-ya açıqlamasında bildirib ki, bu ildən etibarən sözügedən təhsil ocağının tələbələri üçün mütəmadi olaraq xarici mütəxəssislərin treninqləri təşkil olunacaq: “Mən çoxdandır çalışıram ki, mütəmadi şəkildə dünya musiqiçilərinin Bakı Musiqi Akademiyasında master-klassları təşkil olunsun. Ümidvaram ki, bu istəyim bu il baş tutacaq və bundan sonra hər iki aydan bir məşhur musiqiçilər, eyni zamanda bu sahə üzrə tanınmış pedaqoqlar Bakı Musiqi Akademiyasının tələbələrinə treninqlər keçəcəklər”. F. Bədəlbəyli deyib ki, Azərbaycanın gənc musiqiçiləri ilə bu cür treninqlərin təşkili onların inkişafında müsbət rol oynayacaq. Akademiya rektorunun sözlərinə görə, artıq bununla bağlı Amerikanın tanınmış pedaqoqlarından biri Vladimir Viardo, eləcə də məşhur pianoçu Oksana Yablonskayanı master-klass keçmək üçün akademiyaya dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR