Bank Of Baku

Fərhad Bədəlbəyli İsraildə silsilə konsertlər verəcək

Fərhad Bədəlbəyli İsraildə silsilə konsertlər verəcək
# 19 avqust 2009 15:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli İsraildə silsilə konsert proqramı ilə çıxış edəcək. F.Bədəlbəylinin APA-ya verdiyi məlumata görə, konsert gələn ilin mart ayında həyata keçiriləcək. Həmin ay ərzində F.Bədəlbəylinin beş silsilə konsertinin keçirilməsi gözlənilir: “Bu konsert təklifi bir müddətdir mənə gəlib. Təklifi yüksək dəyərləndirdim və beş konsert proqramı ilə çıxış etməyə razılıq verdim. Biz xarici musiqiçiləri buraya dəvət edirik, onlar bizim musiqinin səviyyəsini görürlər və dərhal bizim musiqiçiləri dəvət edirlər. Sadəcə, bizdə menecmentlik yoxdur deyə özümüzü göstərə bilmirik. Əsas fərq budur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR